Onlayn ictimai-siyasi qəzet
Türkiyənin sevilən ulduzu, məşhur müğənni Hadisə ötən gün növbəti dəfə Bakı səhnəsində fırtına yarada bilib.
Musavat.com bildirir ki, Bakı Konqres Mərkəzində baş tutan konserti zamanı müğənni həm səhnə performansı, həm də duyğusal jesti ilə gecəyə damğa vurub.
"Bakıya hər gəlişimdə məni böyük coşğu, sevgi ilə qarşılayırlar. Hər dəfə o qədər gözəl güllər bağışlayırlar ki, bu qədərini həyatımda ilk dəfə görürəm", – deyə Hadisə səhnədən sevincini bölüşüb.
Amma gecənin ən yaddaqalan anı tamaşaçılar arasında gənc bir qızın əlindəki plakatla baş verib. Plaktda yazılan sözlər təkcə müğənnini deyil, bütün zalı duyğulandırıb: "Hadisəmiz, sizi çox sevirik. Çox çətin günlər keçirirəm, sarılmağa ehtiyacım var. Sizə sarıla bilərəm?"
Hadisə tərəddüdsüz həmin gənc xanımı səhnəyə dəvət edib, onu qucaqlayıb və bir neçə dəqiqə səhnədə onunla aralarında söhbət edib.
"Bəzən bir cümlə, bir isti baxış, toxunuş çox önəmli olur. Mən buna çox dəyər verirəm və sevdiyim insanlara da bu cür yanaşıram. Ümid edirəm, ona gözəl enerji ötürə bildim", deyə müğənni daha sonra qeyd edib.
Müğənninin bu addımı zalda izdihamlı alqışlarla qarşılanıb və gecənin ən unudulmaz məqamına çevrilib.
Xalidə Gəray
Video müəllifindir
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ