İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın turizm gəlirləri rekord vurdu

2024-cü ildə Gürcüstanın turizm gəlirləri 2023-cü ilə nisbətən 7,3 faiz artaraq 4 milyard 425,4 milyon dollara çatacaq.

Musavat.com xəbər verir ki, məlumatı ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.

Gürcüstan baş nazirinni birinci müavini və iqtisadiyyat naziri Levan Davitaşvili qeyd edib ki, mövcud statistik məlumatlar 2024-cü ildə gəlirlərin və turizm sektorunun artımı ilə bağlı hökumətin proqnozunun özünü doğrultduğunu göstərir.

Dördüncü rübdə ölkəyə turist səyahətindən əldə olunan gəlir illik müqayisədə 10,3 faiz artaraq 963,7 milyon dollar olub.

İqtisadiyyat Nazirliyi turizm gəlirlərinin İsraildən (128,3 milyon dollara qədər), Azərbaycandan (25,8 milyon dollara qədər), İrandan (22,9 milyon dollara qədər), Avropa İttifaqından (21,6 milyon dollara qədər) və Səudiyyə Ərəbistanından (21,4 milyon dollara qədər) artdığını qeyd edib.

Əvvəllər bildirilmişdi ki, 2024-cü ildə Gürcüstana turist səfərlərinin sayı 9 faiz artaraq 5,1 milyona çatıb.

Gürcüstan hökuməti 2028-ci ilə qədər ölkənin turizmdən illik gəlirinin 6,4 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR