İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın müdafiə nazirinin İrəvana qəfil səfəri

Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladzenin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda rəsmi səfərdədir.

Musavat.com bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Hələlik səfərlə bağlı başqa təfərrüatlar açıqlanmır.

Bildirilir ki, 2023-cü ildə Ermənistan və Gürcüstanın müdafiə qurumları arasında hərbi əməkdaşlıq planı olmayıb. Sonuncu dəfə iki ölkənin müdafiə idarələrinin rəhbərləri tərəfindən idarələrarası sənəd 2022-ci ilin mayında Gürcüstanın müdafiə naziri Suren Papikyanın Gürcüstana rəsmi səfəri zamanı imzalanıb.

Gürcüstan Müdafiə Nazirliyinin rəhbəri Xuanşer Burçuladze sonuncu dəfə 2021-ci ildə Ermənistana səfər edib.

Maraqlısı budur ki, İrəvana qəfil səfər Azərbaycanın sərt etirazına səbəb olan olaydan, Fransaya məxsus zirehli texnikanın Poti limanı vasitəsilə Gürcüstan ərazisindən daşınmasından sonraya təsadüf edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR