Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya daxili işlər naziri də daxil olmaqla, beş Gürcüstan rəsmisinə qarşı sanksiya tətbiq edib.
Musavat.com Böyük Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, qərara səbəb ötən ay Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dayandırılmasına etiraz edən insanlara qarşı zorakılıqlar olub.
Sanksiya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri, onun müavini Aleksandr Daraxvelidze, Tbilisi Polis İdarəsinin rəisi Sulxan Tamazaşvili, Xüsusi Təyinatlar Departamentinin direktoru Zviad Xarazişvili və onun müavini Mileri Laqazauriyə şamil ediləcək.
Nazirliyin açıqlamasında adları çəkilən beş məmurun jurnalistlərə və dinc nümayişçilərə qarşı zorakı hücumlara görə məsuliyyət daşıdığı bildirilir.
Musavat.com
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ