Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidze hökumətin ilk iclasında Nazirlər Kabinetinin və hökumət administrasiyasının tərkibi ilə bağlı dəyişiklikləri açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
"Baş nazirin birinci müavininin səlahiyyətləri iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşviliyə həvalə olunacaq. Ona uğurlar arzulayıram. Mədəniyyət naziri Tea Tsulukiani və müdafiə naziri İrakli Çikovani baş nazirinin müavinləri təyin olunublar", - Baş nazir vurğulayıb.
Onun sözlərinə görə, dəyişikliklər hökumət idarəçiliyinə də təsir edib.
"Mixail Peikrişvili hökumətin strateji kommunikasiyalar departamentinin rəhbəri olacaq", - o qeyd edib.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ