İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayandırılıb- SƏBƏB

Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Brüsseldə keçirilən sammitin nəticələrinə dair Avropa liderlərinin bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, Gürcüstan hakimiyyətinin atdığı addımlar Avropa dəyərlərinə ziddir və bu səbəbdən ölkənin Aİ-yə qəbul prosesi de-fakto dayandırılıb.

Avropa liderləri Gürcüstanı Avropa inteqrasiyasının əsas prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və davamlı islahatlar həyata keçirməyə çağırıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR