İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın Aİ-yə üzv olmaq məsələsi – ölkədə ikitirəlik var

Avropa İttifaqı Gürcüstanı üzvlüyünə qəbul etməyə can atmır və dövlətin özü də buna hazır deyil.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu ölkədə hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Qaribaşvili deyib.

Qaribaşvilinin vurğuladığı kimi, Gürcüstan hakimiyyətinin Avropa İttifaqına daxil olması ilə bağlı ortaq rəyi yoxdur. Eyni zamanda, onun sözlərinə görə, Tbilisi Gürcüstan Aİ-yə dəvət olunandan dərhal sonra xarici agentlər haqqında qanunu ləğv edəcək.

“Parlamentdə müzakirələr, məşvərətlər aparıla bilər, qalan hər şey seçkilərdə həll olunmalıdır”, - o vurğulayıb.

Bundan əvvəl Gürcüstanın baş naziri xarici agentlər haqqında qanunun ölkəni ukraynalaşmadan xilas edəcəyini bildirmişdi.

Bu məsələyə dair gürcü cəmiyyətində və Gürcüstan iqtidarında iikitirəlik var: prezident Salome Zurabişvilinin komandası və tərəfdarları ölkənin Avropaya yaxınlaşmasının və tam inteqrasiyasının tərəfdarıdır, baş nazirin komandası isə buna qarşıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR