Onlayn ictimai-siyasi qəzet
ARB24 kanalında yayımlanan “Peşəkar mübahisə” verilişinin növbəti buraxılışı yayımlanıb.
Aparıcı Çinarə Nurməmmədovanın moderatorluğu ilə yayımlanan proqramda “Yeni Müsavat Media Qrupu”nun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu və “Novaya Vremya” qəzetinin baş redaktoru, ekspert Şakir Ağayev arasında maraqlı müzakirələr aparılıb.
Müzakirələrdə əsas mövzular Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyəti, Suriyada baş verən son hadisələr, Gürcüstandakı proseslər və bütün bu məsələlərin Azərbaycana təsirləri ətrafında cərəyan edir. Həmçinin, Rusiya-Ukrayna müharibəsinin final mərhələsində olub-olmaması və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının bu münaqişənin həllində oynaya biləcəyi rola dair maraqlı fikirlər səsləndirilir.
Veriliş zamanı bir çox önəmli məsələlərdən, o cümlədən, Gürcüstanda hazırda yaşanan hadisələrdən də danışılıb.
Verilişdən həmin hissəni təqdim edirik.
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ