İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda parlamentin iyulun 18-nə çağırılmış növbədənkənar sessiyası keçirilməyəcək

Gürcüstan parlamentinin iyulun 18-nə çağırılmış növbədənkənar sessiyası keçirilməyəcək.

AZƏRTAC xəbər verir ki, buna səbəb hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatlarının növbədənkənar sessiyada iştirakdan imtina etməsi olub.

Parlament çoxluğunu təmsil edən deputat Givi Mikanadze bu gün keçirdiyi brifinqdə bildirib ki, hakim partiya radikal müxalifətin ölkədə siyasi qarşıdurmanın daha da dərinləşməsinə yönəlmiş təxribatlarında və pozuculuq prosesində iştirak etməyəcək.

Onun sözlərinə görə, “Gürcü Arzusu” fraksiyasının 81 üzvünün heç biri növbədənkənar sessiyaya qatılmayacaq.

Qeyd edək ki, qanunverici orqanın növbədənkənar sessiyasını Gürcüstan Prezidenti Salome Zurabişvili iyulun 15-də parlament müxalifətinin 49 deputatının müraciəti əsasında çağırıb.

Müxalifət sessiyanı Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizədlik statusu alması üçün şərtlərin mümkün qədər tez yerinə yetirilməsinə başlamaq üçün tələb edib.

Hakim partiya isə Avropa İttifaqının tələblərinin yerinə yetirilməsi ilə bağlı layihənin sentyabrın 21-dək hazırlayacağını və noyabrın 1-dək parlamentdə qəbul olunacağını elan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR