Onlayn ictimai-siyasi qəzet
Tiflis şəhərinin mərkəzində yerləşən Rustaveli prospektində etiraz aksiyasının iştirakçıları Rusiya bayrağını yandırıblar.
Musavat.com xəbər verir ki, bununla bağlı görüntülər telegram kanallarında paylaşılıb.
“Sputnik-Gürcüstan”ın məlumatına görə, Rustaveli prospektində keçirilən etiraz aksiyası səhər saat 4 radələrində başa çatıb. Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi texnikalar ərazini tərk edib, nəqliyyatın hərəkəti bərpa olunub.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ