İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda etirazçılar paytaxtın mərkəzində yolu bağlayıblar

 

Gürcüstanda xarici agentlər haqqında qanuna etiraz edənlər Tbilisinin mərkəzində "Ədliyyə Evi" yaxınlığında yolu bağlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə “İnterfaks” agetntliyi məlumat yayıb.

“Xüsusi qüvvələr Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyasını dağıtdıqdan sonra nümayişçilərin bəziləri sahilə doğru hərəkət edərək "Ədliyyə Evi" yaxınlığındakı yolu bağlayıblar”, - nəşr yazır.

Qeyd olunur ki, paytaxtın mərkəzindəki parlament binasının yaxınlığındakı Rustaveli prospektində də nümayişçilərlə polis arasında toqquşmalar davam edib.

Bundan əvvəl Tbilisidə aksiyanın dağıdılması zamanı 6 polis əməkdaşının yaralandığı məlum olub.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, aksiya iştirakçılarının zorakı hərəkətləri nəticəsində polis əməkdaşları ağır yaralanıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR