İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda 3 ildə iki inqilab cəhdi olub - baş nazir şok faktlar açıqladı

Mən Avropa Şurasının prezidenti Çarlz Mişel ilə “Xarici təsirin şəffaflığı haqqında” və “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihələri barədə danışdım.

Musavat.com məlumat verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze özünün X-mikroblokunda belə yazıb.

Gürcüstan hökumətinin başçısı Avropa Şurasının prezidenti ilə söhbətində xaricdən maliyyələşən təşkilatların 2020-2023-cü illərdə Gürcüstanda inqilab təşkil etmək üçün iki cəhddə fəal iştirak etdiyini vurğulayıb:

“Təəssüf edirəm ki, bir çox təkliflərə baxmayaraq, həmkarlar şəffaflıq haqqında qanun layihəsinin substantiv müzakirəsindən yayınırlar. Bundan əlavə, qeyd etdim ki, indiyədək yeganə məqsədi şəffaflığı və müvafiq qurumların hesabatlılığını təmin etmək olan bu qanun layihəsinə qarşı heç bir arqument eşitməmişik. Avropa İttifaqı Şurasının prezidentinin diqqətinə çatdırdım ki, xaricdən maliyyələşən təşkilatlar 2020-2023-cü illərdə Gürcüstanda inqilab təşkil etmək üçün iki cəhddə fəal iştirak ediblər. Bununla bağlı qeyd etdim ki, şəffaflıq haqqında qanunun qəbulu Avropa İttifaqının depolarizasiyanı təmin etmək üçün əsas mandatının həyata keçirilməsi üçün zəruri şərtdir”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR