İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk etdi

Parlamentin bütün girişləri polis, xüsusi təyinatlılar tərəfindən tərk edilib.

"Report"un yerli bürosu xəbər verir ki, “Gürcü arzusu” Partiyasının deputatları parlament binasından çıxdıqdan sonra xüsusi təyinatlılar qanunverici orqanın ətrafındakı ərazini tərk edərək, binanın Gürcüstan Xüsusi Dövlət Mühafizə Xidmətinin yanında yerləşən həyətinə keçiblər.

Hüquq-mühafizə orqanları əməkdaşlarının meydanı tərk etməsi etirazçıların alqışları və fit sədaları ilə müşayiət olunub. Onlar “ruslar”, “qullar” şüarları səsləndirdilər. Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları deputatların təhlükəsiz çıxışını təmin edərək parlamentə bitişik ərazini tamamilə tərk ediblər. Nazirlikdən bildirilib ki, etirazçıların istədikləri yerdə mitinq keçirmək imkanı var: “Daxili İşlər Nazirliyi siyasi partiya rəhbərlərini, aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunu pozmamağa, dinc şəraitdə aksiya keçirməyə və zorakılıq xarakterli hərəkətlərə yol verməməyə çağırır”.

Etirazçılar parlament binası ətrafından başqa digər yerlərdə də aksiya keçirirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR