İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan vətəndaş cəmiyyəti Avropa Məhkəməsinə üz tutdu: “Rusiya qanunu”na görə...

Gürcüstan vətəndaş cəmiyyəti təşkilatları, media nümayəndələri və ictimai şəxslər “xarici agentlər” haqqında qanuna qarşı Avropa İnsan Hüquqları Məhkəməsində iddia qaldıracaqlar.

Musavat.com “Exo Kavkaza” portalına istinadən xəbər verir ki, oktyabrın 17-də Gənc Hüquqşünaslar Assosiasiyasının ofisində keçirilən brifinqdə açıqlanan məlumata görə, iddia 16 media qurumu, 120 QHT və 4 fiziki şəxs adından qaldırılacaq.

Ərizəçilər qeyd edirlər ki, qanun Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan toplaşmaq və birləşmək azadlığı hüquqlarını (11-ci maddə), ifadə azadlığını (10-cu maddə), şəxsi və ailə həyatının müdafiəsi hüququnu (maddə 8), və müdafiə vasitəsi hüququnu (Maddə 13) məhdudlaşdırır.

Qeyd edilir ki, “Rusiya qanunu” təkcə vətəndaş cəmiyyəti və medianı məhdudlaşdırmaq məqsədi daşımır, həm də bütün vətəndaşları bir-birindən təcrid etməyə və tənqidi səsləri boğmağa xidmət edir: Ərizəçi təşkilatlar ətraf mühitin mühafizəsi, əlillərə yardım, qadınların və uşaqların zorakılıqdan müdafiə, məhkəmə islahatları, korrupsiyaya qarşı mübarizə kimi ictimai məsələlər üzərində işləyirlər: “Rusiya metodlarından istifadə etməklə müstəqil təşkilatlara qarşı mübarizə nəinki fundamental insan hüquqlarını pozur, həm də gürcü xalqının Avro-Atlantik strukturlara inteqrasiya etmək üçün sarsılmaz seçiminə xələl gətirir”.

Oktyabrın 9-da Konstitusiya Məhkəməsinin saytında “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı qaldırılmış dörd iddianı qismən qəbul edən 4 oktyabr tarixli protokol dərc edilib. Hakimlər səs çoxluğu ilə mübahisəli normanın qeyri-hökumət və media qurumları üçün bilavasitə təhlükə törətmədiyini tanıyıblar və buna görə də iş üzrə yekun qərar qəbul olunana qədər onun tətbiqini dayandırmaqdan imtina ediblər.

Məhkəmə “xarici agentlər” haqqında qanuna qarşı qaldırılan konstitusiya tələblərini (Gürcüstan Prezidenti, Gürcüstan parlamentinin deputatları, qeyri-hökumət sektoru və media tərəfindən) baxılmaq üçün qəbul edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR