İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan üçün tarix verildi: Oktyabrda... - Şok iddia

Ukraynadakı müharibədə iştirak edən gürcü əsilli hərbçilərin böyük bir qrupu, maraqlı tərəfin təsiri altında olan və təlimləri Polşa-Ukrayna dövlət sərhədi yaxınlığında keçirilən gürcü gənclərinin bir qismi Gürcüstanda çevriliş məqsədilə iğtişaşların təşkili üçün istifadə olunacaq.

Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Gürcüstanda xarici dövlətlərin koordinasiyası və maliyyə dəstəyi ilə kütləvi iğtişaşlar planlaşdırılır. Dağıdıcı proseslərin başlanma tarixi kimi oktyabr-dekabr ayları göstərilir. Həmin aylarda Avropa Komissiyasının aralıq və Avropa Birliyinin Gürcüstana üzvlüyə namizəd ölkə statusunun verilməsi ilə bağlı yekun hesabatları təqdim edilməlidir.

İddiaya görə, təşkilatçılar hadisələrin inkişafının bir neçə ssenarisini, o cümlədən çadır şəhərciyinin və Gürcüstanın mərkəzi prospektləri və strateji obyektlərinin yaxınlığında barrikadaların qurulmasını, hökumət binalarının ələ keçirilməsini və barrikadalar qurulmasını, habelə ciddi təxribat elementləri olan digər addımları nəzərdə tuturlar.

“Xüsusilə, təşkilatçıların 2014-cü ildə Ukraynada keçirilən Avromaydana oxşar ssenarinin Gürcüstanda reallaşdırılması imkanlarını nəzərdən keçirdikləri bəllidir”, - məlumatda deyilir./Teleqraf.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR