İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Rusiyadan diri mal-qara idxalını kəskin artırıb

2024-cü ildə Gürcüstan Rusiyadan diri qoyun almayıb, mal-qara və donuz alışını xeyli artırıb.

Musavat.com xəbər verir ki, məlumat Gürcüstan Statistika Xidmətinin hesabatında əksini tapıb.

Hesabatdan aydın olur ki, Gürcüstan keçən il Rusiyadan diri qoyun almayıb. Halbuki 2023-cü ildə 1,3 milyon dollarlıq heyvan almışdı. Lakin ötən il Rusiyadan Gürcüstana diri mal-qara ixracı 2 milyon dollar və ya 20 faiz artaraq 12,8 milyon dollar təşkil edib. Bu, 2014-cü ildən bəri ən yüksək göstəricidir.

Gürcülərin Rusiyadan donuz alışı 20 faiz və ya 5 milyon dollar artıb. Tədarüklərin ümumi həcmi 32,9 milyon dollar təşkil edib. Və bu, 2001-ci ildən bəri maksimumdur.

Qeyd edək ki, Rusiya və Gürcüstan Azərbaycanın diri ətlik mal-qara və qoyun idxalında ən böyük paya malik ölkələrdir. 2024-cü ilin yanvar-noyabrında Azərbaycan Rusiyadan 25,1 milyon dollarlıq, Gürcüstandan isə 10 milyon dollarlıq diri mal-qara idxal edib. Diri qoyun idxalı Rusiyadan 1,5 milyon dollar, Gürcüstandan isı 15 milyon dollara bərabər olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR