İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan parlamenti təhlükəsizlik səviyyəsini qırmızı elan edib

Gürcüstan parlamenti təhlükəsizlik səviyyəsini qırmızı elan edib.

"Report"un yerli bürosu xəbər verir ki, müvafiq olaraq, təhlükənin spesifikliyinə və ondan yayınma zərurətinə uyğun olaraq parlament aparatının rəhbəri tərəfindən müəyyən edilən şəxslər istisna olmaqla, bütün şəxslər Parlament Sarayını tərk etməyə borcludurlar.

"Parlamenti sədrinin “Gürcüstan Parlamentinin Sarayında Təhlükəsizlik Qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, mayın 1-də saat 23:00-dan Gürcüstan Parlamentinin Sarayında qırmızı təhlükəsizlik səviyyəsi qüvvəyə minib.

Parlament Sarayında insanların həyatı və sağlamlığı üçün təhlükə yaradan hücumla əlaqədar olaraq qırmızı təhlükəsizlik səviyyəsi elan edilib. Qırmızı səviyyə zamanı təhlükənin spesifikliyinə və ondan yayınma zərurətinə uyğun olaraq Parlament Aparatının rəhbəri tərəfindən müəyyən edilən şəxslər istisna olmaqla, bütün şəxslərdən Parlament Sarayını tərk etmək tələb olunur.

Tədbirin keçirilməsində məqsəd Gürcüstan parlamentinin sarayında qalan insanların həyat və sağlamlığını qorumaqdır”, - məlumatda deyilir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR