İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan öz torpaqlarını belə geri qaytaracaq - Lavrovun müavindən sensasion açıqlamalar

Mixail Qaluzin: “Gürcüstan hakimiyyəti avantüradan dərs çıxarıb, Abxaziya və Cənubi Osetiyanı dinc yolla  geri qaytarmağı qarşısına məqsəd qoyub”

“Komsomolskaya Pravda” nəşri MDB ölkələri ilə münasibətləri kurasiya edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə  Ermənistan və Gürcüstanda baş verən son hadisələr barədə danışıb.

Musavat.com xəbər verir ki, nazir müavini  “ABŞ, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən müxtəlif  fondlar postsovet məkanındakı dövlətlərin siyasi mənzərəsini yenidən format etməyə cəhdlər edir “ deyib.  Nazir müavini bu konteksdə  Ermənistanla bağlı proseslərə toxunub.  Qaluzun deyib ki, Qərb Errmənistandakı daxili vəziyyətdən istifadə edərək  regionda gərginlik  yaratmaq istəyir.

“Qərb paytaxtları, ABŞ, Avropa İttifaqı və NATO nümayəndələri İrəvanı Moskva ilə bütün əlaqələri kəsməyə çağırır. Biz görürük ki, Ermənistan Avropa perspektivi haqda verilən vədlərə fəal şəkildə cəlb olunur. Amma təxmin etmək çətin deyil ki, ölkə iqtisadiyyatını son illərdə rekord artım Rusiya ilə iqtisadi əlaqələrə görədir və bu, əlaqələrin kəsilməsi erməni biznesi üçün əsas bazarın itirilməsi demək olacaq. 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi tarixi maksimuma-  700 milyard rubla çatıb. Zamanla İrəvandan  respublikanın əsas benefisiarlardan biri olduğu Avrasiya İqtisadi İttifaqından çıxması tələb olunacaq. Təəssüf ki, Qərb  nağıllarının  təsiri altında Ermənistanla ikitərəfli siyasi əlaqələrdə kəskin daralma müşahidə olunur. İrəvandan getdikcə Rusiya, KTMT və mövcud təhlükəsizlik sisteminə qarşı əsassız tənqidlər eşidilir. Bu, ən azı qeyri-konstruktiv mövqedir.  İrəvanın KTMT-nin işində tam şəkildə iştirakı erməni xalqının  maraqlarına cavab verir və Cənubi Qafqazda sülhün və sabitliyin qorunması işinə xidmət edir. Ermənistan hakimiyyətini KTMT-də  iştirakını “dondurmağa” sövq edən  Qərbin vədləri nə olursa olsun, bu gün Ermənistanın təhlükəsizliyini təmin edən mexanizm kimi KTMT-yə effektiv alternativ yoxdur. Ermənistanın təhlükəsizlik sahəsində  ABŞ və NATO-nun “kağız çətiri” altında keçidi  KTMT çərçivəsində vahid müdafiə məkanının saxlamasını qeyri-mümkün edəcək.

Biz öz tərəfimizdən dəfələrlə və müxtəlif səviyyələrdə İrəvanı narahat edən məsələləri müzakirə etməyə hazır olduğumuzu açıq şəkildə bildirmişik. Onlar vurğulayıblar ki, Moskva həm ikitərəfli səviyyədə, həm də ümumi inteqrasiya strukturları çərçivəsində sazişlərin bütün spektrinə sadiqdir. Amma eyni zamanda, müxtəlif təşəbbüslərimizə heç bir cavab da almamışıq. Ümid edirik ki, Ermənistan rəhbərliyi Qərbin illüziya vədlərinə deyil,  respublikanın suverenliyi, təhlükəsizliyi və iqtisadi inkişafı baxımından Rusiya ilə münasibətlərin kritik əhəmiyyətini dərk etmək üçün kifayət qədər siyasi müdrikliyə malik olacaq”.

Nazir müavini  baş naziri İrakli Kobaxidzenin Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarıla biləcəyi ilə bağlı bəyanatını da şərh edib.  “Düşünürəm ki, Suxuminin və Sxinvaliin bu bəyanatlara reaksiya öz sözünü deyir. Abxaziya və Cənubi Osetiya öz suveren seçimlərini hələ 2008-ci ildə Mixail Saakaşvili rejiminin bu respublikalardan birini zorla Gürcüstana qaytarmağa cəhd etməsindən, digərini isə analoji addımlarla hədələməsindən sonra ediblər. Anladığımız kimi, Gürcüstan hakimiyyəti bu kriminal avantüradan dərs çıxarıb, o səbəbdən  Abxaziya və Cənubi Osetiyanı dinc yolla  geri qaytarmağı qarşısına məqsəd qoyur.  Söhbət ilk növbədə Gürcüstanın  reinteqrasiya  proqramlarından və təşəbbüslərindən gedir.  Abxazlar və cənubi osetiyalılar Gürcüstanın yurisdiksiyası altına keçməyə mənfi münasibət bildiriblər və qeyd ediblər ki, “daha yaxşı gələcəyə doğru yeganə addım” bu ölkələrin müstəqilliyinin tanınması olacaq. Öz tərəfimizdən biz də inanırıq ki, Suxumi-Tiflis -Sxinvali “üçbucağında” normallaşma üçün ilkin şərtlər Gürcüstan mövcud reallıqları qəbul etdikdən və respublikalarla bərabərlik, qarşılıqlı hörmət  prinsipləri əsasında münasibətlər qurmağa hazır olduqdan sonra yaranacaq.  Bununla əlaqədar, bir tərəfdən Gürcüstan, digər tərəfdən Abxaziya və Cənubi Osetiya arasında güc tətbiq edilməməsinə dair hüquqi təminatların imzalanması, habelə onlar arasındakı sərhədin delimitasiyası məsələsinin sonradan demarkasiya ilə həlli, əsas əhəmiyyət kəsb edir.

Bütün bu mövzular Transqafqazda Təhlükəsizlik və Sabitlik üzrə Beynəlxalq Cenevrə Müzakirələri çərçivəsində müzakirə mövzusudur. Bu format beynəlxalq vasitəçilik vasitəsilə Tiflis, Suxum və   Sxinvalinin rəsmi nümayəndələri arasında bərabərhüquqlu dialoqu saxlamaq və ümumi dil tapmaq üçün unikal imkan yaradır. Biz Moskva  işlərin intensivləşdirilməsinin tərəfdarıyıq. Mən bilirəm ki, abxazlar və cənubi osetinlər buna hazırdırlar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR