İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan hakimiyyəti: Saakaşvili əfv olunsa belə, həbsxanadan çıxa bilməyəcək

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ona qarşı açılmış digər cinayət işləri səbəbindən, indiki prezident Salome Zurabişvili tərəfindən əfv edilsə belə, azadlığa çıxa bilməyəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "İmedi" telekanalına müsahibəsində hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze bildirib.

“Mən bildiyimə görə, Saakaşviliyə qarşı digər ciddi işlərə baxılır və prezidentin əfvi bu baxımdan mənasını itirir. O, belə bir qərar versə belə, Saakaşvili azadlığa çıxa bilməyəcək,” – deyə Kaladze qeyd edib.

Ukrayna vətəndaşı olan Mixail Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk etdikdən sonra ona qarşı 4 cinayət işi açılıb və iki iş üzrə qiyabi olaraq 3 il və əlavə 6 il həbs cəzasına məhkum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana dönüb və həbs olunub. Daha sonra ona sərhədi qanunsuz keçmə ittihamı da irəli sürülüb. 2022-ci ilin mayında səhhətində ciddi problemlər yaranan siyasətçi hələ də qaldığı Tbilisidəki özəl “Vivamed” klinikasına yerləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR