Onlayn ictimai-siyasi qəzet
Gürcüstan hakimiyyəti müxalifət partiyalarını qeyri-konstitusion elan etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər.
Musavat.com xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət iclasında bildirib.
“Müxalifət nümayəndələri son günlərdə açıq şəkildə Gürcüstanın konstitusion quruluşuna qarşı çıxış ediblər. Bu, onları qeyri-konstitusion elan etmək baxımından Konstitusiya Məhkəməsinə müraciət etmək üçün birbaşa əsas yaradır. Gözləyək, proseslərin necə inkişaf edəcəyini görəcəyik. Hər şey bizim əlimizdədir”, – deyə baş nazir vurğulayıb.
Məsələ ölkədə siyasi gərginliyin artmasına səbəb olub və müxalifət qüvvələri bu bəyanata sərt reaksiya göstərib.
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ