İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan DİN etirazçılara xəbərdarlıq edib

Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq edib.

"Report"un yerli bürosu xəbər verir ki, Tbilisidə etirazçılar Kür sahilləri boyunca nəqliyyatın hərəkətini kəsiblər.

Nazirlik etirazçılara xəbərdarlıq edərək bildirib ki, yollar açılmasa, onlar məcbur qalıb kütləni dağıdacaqlar. Tbilisidə küçələrin bağlanması yoldan istifadə edən sürücüləri də narahat edib. Belə ki, etirazçılarla sürücülər arasında mübahisə yaranıb.

Qeyd edək ki, Gürcüstan parlamentinin ətrafında qarşıdurma halları davam edir.

Mitinq iştirakçıları Xüsusi Dövlət Mühafizə Xidmətinin həyətinə zibil qutusu atıblar. Parlament binasının həyətindən vaxtaşırı su şırnaqları və qaz buraxılır. Lakin etirazçılar hələ də küçələrdən çəkilmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR