İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan bəyan etdi: “Bu tarixədək torpaqlarımızı qaytaracağıq”

Tiflis buna necə nail olacaq?

2030-cu ilə qədər Gürcüstan Abxaziya, Cənubi Osetiyanı qaytarmağı planlaşdırır. Bunu ölkənin baş naziri İrakli Kobaxidze vətəndaşları Müstəqillik Günü münasibətilə təbrik mesajında yazıb.

“Bizim gürcü arzumuz 2030-cu ilə qədər abxaz və osetin qardaşlarımızla birlikdə vahid və güclü Gürcüstanda yaşamaqdır” deyə, o, sosial şəbəkə hesabından bəyan edib.

Baş nazir Tiflisin buna necə nail olacağını açıqlamayıb.

Снимок-15.JPG (44 KB)

İrakli Kobaxidze

Bəzi ekspertlərin fikirincə, Rusiya Ukrayna müharibəsindən salamat çıxa bilsə, qarşıdakı aylarda Gürcüstanın ərazi bütövlüyünə əvvəlki qəsd planlarında mütləq düzəliş etmək məcburiyyətində qalacaq, ən azı bunun yollarını axtaracaq.

Abxaziyanın “tanınması” hələ heç nə demək deyil, heç bir beynəlxalq hüququ olmayan kağız parçasıdır. Gürcüstanın indiki hökuməti də yaxşı anlayır ki, onların ərazi bötüvlüyünü Qərb “dimdiyində” gətirməyəcək. Rəsmi Tiflis dəfələrlə ölkənin birləşməsi (mümkündür ki, bəlkə də federasiya şəklində) halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduqlarını bəyan edib.

Məlumdur ki, Abxaziya və Gürcüstanın konfederal dövlət çərçivəsində birləşdirilməsi ideyası hələ 2008-ci ilin avqust müharibəsindən əvvəl Moskvanın iştirakı ilə Tiflis və Suxumi arasında aparılan danışıqlarda müzakirə olunub. Bu danışıqlar Rusiya Abxaziya və Cənubi Osetiyanı müharibə nəticəsində faktiki olaraq işğal etdikdən sonra aparılıb həm də. 2008-ci ilin avqustunda Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyev Cənubi Osetiya və Abxaziyanın konfederasiyaya birləşməsini təklif edib, lakin Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvili bu ideyanı rədd edib. Nəticədə Rusiya separatçı regionların “müstəqilliyini” tanıyıb. Məlumatlara görə, Suxumidə separatçılar artıq narahatdırlar ki, “Rusiyanın regional siyasətində tektonik plitələr dəyişdikdə” Abxaziya Moskva və Tiflisin “böyük planının bir hissəsinə çevrilə bilər”.

Separatçılar açıq şəkildə İvanaşvilini Abxaziyanın “suverenliyi” üçün Mixail Saakaşvilidən qat-qat təhlükəli hesab edirlər...

Yəni ehtimal edilir ki, Moskva-Tiflis arasında hansısa pərdəarxası danışıqlar da var. Ukraynaya təcavüzündən sonra Tiflis Qərb dövlətlərinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina edib, rəsmi olaraq Ukraynanı dəstəkləsələr də, öz ritorika və hərəkətlərində çox təmkinlidirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR