İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan-Azərbaycan sərhədindəki gömrük məntəqələrində xüsusi İŞ REJİMİ

Gürcüstanın Azərbaycan, Türkiyə və Ermənistanla sərhəddəki gömrük məntəqələri nəqliyyat axınlarının kəskin artımı səbəbindən xüsusi iş rejiminə keçirilib.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Qeyd olunub ki, gömrük nəzarəti prosedurlarının fasiləsiz həyata keçirilməsi üçün məntəqələrdə gömrükçülərin sayı artırılıb.

Xidmətdən vurğulanıb ki, strateji məsələlər üzrə həllərin axtarışı üçün Azərbaycan, Türkiyə və Ermənistanın gömrük orqanları ilə daimi əlaqə saxlanılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR