Onlayn ictimai-siyasi qəzet
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili güman edir ki, ölkə prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanunu imzalamayacaq, ona görə də mayın 29-da onun yerinə bunu özü edəcəyini bəyan edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, spiker xarici agentlər haqqında qanunun bir gün əvvəl, mayın 28-də prezident administrasiyasına göndərildiyini xatırladıb.
“İndi biz imza gözləyirik. Aydındır ki, böyük ehtimalla o (Zurabişvili) bunu imzalamayacaq. Müvafiq olaraq, mən bu qanunu imzalayacağam”, - Papuaşvili mətbuat konfransında deyib.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ