İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu - Qəbul imtahanına bıçaqla gələn gələcəyimiz

Günün fotosu, daha dəqiqi, fotoları bunlardır. Bu predmetlər şübhəli şəxs qismində saxlanılan vətəndaşların üzərində aşkarlanan kəsici-deşici alətlərin hansısa polis bölməsində çəkilən şəkillər deyil, bunlar Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün keçirilən imtahana qatılan gənclərin üzərindən çıxıb.

Bəli, bu gün DİM əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsini keçirib və onların bəzilərinin üzərindən bu predmetlər aşkar olunub.

b5c34ef4-6ace-4aff-879a-f8c63b9dd7e7.jpg (33 KB)

Hiss olunur ki, əvvəlki illərin abituriyentlərinin bir hissəsi builki imtahana yaxşı hazırlaşıblar - növ-növ bıçaqlar, təsbeh, alışqan-filan. 

İki şey maraqlıdır: 1. Əvvəlki illərdə də imtahana bıçaqla gələnlər olubmu; 2. İmtahana bıçaqla girməyə çalışan gənclər bu alətlə içəridə nə edəcəkmişlər? 

690a23a6-7eaf-49e3-aae4-a3090de07035.jpg (60 KB)

Söz yox, elə "bomba oğlan"lar var ki, evlərinin içində də bıçaqla gəzirlər, necə deyərlər, bıçaqla yatıb-dururlar. Nə olar, nə olmaz - pis zəmanədir, həmişə ehtiyatlı olmaq lazmdır. Düşüncə belədir. 

Amma bu cür düşünən gənclərin ali məktəbə qəbul imtahanlarında nə işləri va?. Onlar öz yollarını, məktəblərini seçiblər. "Həyat akademiyası", həbsxanalar onları gözləyir. Ora qəbul asandır. Bıçaqla ehtiyatsız davranaraq, hansısa xətaya yol verən kimi adamı yaxa-paça aparırlar və qəbul edirlər. 

8889.jpg (70 KB)

Müasir gənclərin kriminala meyyli olması barədə deyilənlər, bədbin təsbitlər özünü doğruldur. Bir halda ki, gələcəyimiz hesab etdiyimiz gənclər imtahana bıçaqla gəlirlər, ta oradan o yanası yoxdur. Bunlar tələbə adı qazansanlar, kriminal avtoritet üçün xorla mahnı oxuyanların sayı daha da artacaq.

Heç öyünüləsi perspektiv deyil.

Musavat.com

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR