 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Fevralın 13-də Günəşdə M sinfinə aid partlayış qeydə alınıb.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Fevralın 13-də saat 14:09-da (Bakı vaxtı ilə 15:09 - red.) rentgen diapazonunda 3987 (S06W21) Günəş ləkəsi qrupunda 8 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb", - deyə institutdan bildirilib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ