İnsanlara hürriyət, millətlərə istiqlal!

Gümrüdə xaos: mer seçkisindən “qan iyi” gəlir

Gümrüdə növbədənkənar mer (həm də  Şəhər Şurasına) seçkilərdə namizədlərin irəli sürülməsi mərhələsi başa çatıb.  Bəllidir ki, növbədənkənar seçkilər oktyabrın 28-də Gümrü meri Vardqes Samsonyanın istefasından sonra təyin edilib. Dekabrda keçirilən praymerizlərdən sonra hakim “Vətəndaş müqaviləsi”  Gümrü şəhərinin meri vəzifəsinə Sarik Minasyanı namizəd kimi seçib. 

“Joğovurd” nəşri  bir müddət əvvəl belə xəbər yaymışdı ki, Gümrü sakinləri çox güman ki,  mer seçə bilməyəcəklər. 

“Vətəndaş Müqaviləsi” daxilində ciddi gərginlik yaşanır və Sarik Minasyana qarşı partiya daxilində belə ciddi  müxalifət var.  Ona “narahat olma, hər şey yoluna qoyulacaq” deyilsə də, əslində, vəziyyət düşündüyündən çətindir.Vardan Qukasyanın seçkiyə qoşulması isə digər namizədlər üçün ciddi problemdir, çünki onun Gümrüdə real seçici dəstəyi var. Onu “kriminal aləm” ilə əlaqələndirməyə çalışsalar da, Qukasyanın seçiciləri mövcuddur. Martun Qriqoryan da ciddi seçici bazasına sahibdir və Qukasyan ailəsi ilə uzun illərdir davam edən düşmən münasibətləri var .  Nəşr vurğulayıb ki, Ruben Mxitaryan isə siyahıdakı ən yeni fiqurdur və siyasətdə, eləcə də şəhər həyatında “təzə sima” hesab edilir:

Seçkilərin yekun nəticələri qeyri-müəyyəndir. Hansı qüvvələrin kimlə birləşəcəyi, hakimiyyətin hansı təzyiq mexanizmlərindən istifadə edəcəyi bəlli deyil.  Aydın olan yeganə məqam odur ki, Nikol Paşinyan bu seçkiləri mümkün qədər kriminal kontekstdə aparmaq niyyətindədir. Hakimiyyətin əsas arqumenti belə olacaq: “Yenidən atışma və qətl istəyirsiniz? İstəmirsinizsə, “Vətəndaş müqaviləsi”ni seçin!”

Seçkilərdə iştirak edən Demokratik Alternativ Partiyasının lideri Suren Surenyants bəyan edib ki, müxalifət düşərgəsində faktiki olaraq hakimiyyətin tərəfində oynayan iki qüvvə var.  Bunlar  Avropayönümlü “Avropa Alyansı” koalisiyası,  və  “Respublika” partiyasıdır. 

“Hraparak” qəzeti isə öz mənbələrinə istinadən yazır ki,  Nikol Paşinyan “ Vətəndaş müqavilə”sinin nümayəndələrinə xəbərdarlıq edib ki, əgər  Minasyan uduzsa, buna görə partiyanın bölgə üzrə bütün rəhbərliyi cavab verməli olacaqlar. Hakim partiyanın Gümrü təşkilatında da  parçalanma var. Partiyanın yerli sədri Karen Saruxanyan  mer namizədi Sarik Minasyanla demək olar ki, əlaqə saxlamır.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR