Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrü şəhərinin meri Varces Samsonyan yaxın günlərdə istefa verəcək və şəhər Ermənistanda hakim “Vətəndaş Sazişi” partiyasının nəzarətinə keçəcək.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, vitse-merlərdən biri ev dustaqlığındadır, digəri isə ABŞ-a qaçıb və bəzi məlumatlara görə, geri qayıtmayacaq. Samvel Balasanyanın ailəsinə qarşı başlanan təqiblər öz “nəticəsini” verib və mer Samvel Balasanyan şəhəri Paşinyanın partiyasına vermək qərarına gəlib.
"Gələn xəbərlərə görə, Balasanyanın oğlu, keçmiş və indiki vitse-merlər həbs edilib, daha sonra zaminə buraxılıblar. ABŞ-da müalicəsi davam edən Samvel Balasanyan axtarışa verilib", - deyə qəzet qeyd edib.
ŞƏRHLƏRŞƏRH YAZ