İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülarə Dibirova vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Biomühəndislik elmi-tədqiqat laboratoriyasının (ETL) böyük laborantı Gülarə Dibirova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb.

Bildirilib ki, Gülarə Dibirova 1 oktyabr 1956-cı ildə Balakən rayonunda anadan olub. 1975-1980-ci illərdə Azərbaycan Dillər Universitetində ali təhsil alıb. 1980-1985-ci illərdə Balakən rayon Nizami adına orta məktəbdə ingilis dili müəllimi, 1989-2021-ci illərdə BDU-nun Biotexnologiya ETL-də tərcüməçi, 2021-ci ildən indiyədək isə Biomühəndislik ETL-də böyük laborant vəzifələrində çalışıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR