Onlayn ictimai-siyasi qəzet
Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər. Ermənistan Baş naziri Nikol Paşinyan sabah Moskvaya gedəcəyini də təsdiqləyib. Musavat.com xəbər verir ki, bu barədə Paşinyan bugünkü mətbuat konfransında bildirib.
Paşinyan Avrasiya İqtisadi İttifaqının iclasına sədrlik edəcəyini, daha sonra Vladimir Putinlə görüşəcəyini qeyd edib. "Münasibətlərimizin bütün gündəmini müzakirə edəcəyik", - Paşinyan deyib.
O qeyd edib ki, Rusiya ilə münasibətlərdə yığılıb qalmış çoxlu problemlər var və onlar dilə gətiriləcək. Paşinyan Rusiya Federasiyası ilə münasibətlərin gündəmini son dərəcə müxtəlif adlandırıb.
“Rusiya Federasiyası ilə dostluq münasibətləri kontekstindən neqativləri çıxarmaq üçün digər məsələlərlə yanaşı, mövcud problemlər də səsləndirilir”, o deyib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” proqramında aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə Paşinyanın bəyanatlarını, onun Moskva səfərini müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ