Onlayn ictimai-siyasi qəzet
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya dəstək vermək və ölkənin hərbi vəziyyətini qiymətləndirmək məqsədilə Kiyevə gözlənilmədən səfər edib.
Musavat.com xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb.
Səfərin məqsədi Ukrayna hökuməti ilə danışıqlar aparmaqdır.
Pistoriusun səfəri Almaniyanın Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün daha çox dəstək verməyə hazır olduğunu göstərir.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ