İnsanlara hürriyət, millətlərə istiqlal!

"Görünməmiş sürətlə ələ keçiriləcək..." - ŞOK bəyanata CAVAB GƏLDİ

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin tənzimlənməsi ilə Rusiya-ABŞ münasibətlərinin normallaşmasının bir-birindən fərqli mövzular olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu iki məsələ bir-biri ilə qarışdırılmamalıdır.

Peskov, həmçinin Kalininqrad vilayətində NATO-nun Rusiyanın müdafiə potensialını zəiflətməyə dair planı ilə bağlı ABŞ-nin Avropadakı qüvvələrinin komandanı Kristofer Donahuenin son bəyanatını Avropadan gələn “düşməncəsinə açıqlamalar silsiləsinin” davamı kimi qiymətləndirib. 

Qeyd edək ki, ABŞ generalı NATO-nun Rusiyanın Kalininqradını "görünməmiş sürətlə" ələ keçirə biləcəyini bildirib.

Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı yeni sanksiya paketinə də toxunan Peskov qeyd edib ki, məhdudiyyətlərin təsirini minimuma endirmək məqsədilə müvafiq təhlillər aparılacaq.

Kreml nümayəndəsi həmçinin Prezident Vladimir Putinin bu gün Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev ilə görüş keçirəcəyini və axşam saatlarında beynəlxalq telefon danışığının planlaşdırıldığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR