İnsanlara hürriyət, millətlərə istiqlal!

Görənlər təəccübləndi: Zibil maşını gəlin maşını oldu- FOTO

Kocaelidə Türkan Baylan idarə etdiyi bələdiyyənin mini tozsoran maşınını gəlin maşınına çevirib. Süpürgəçi maşında bəylə gəlini görənlər gözlərinə inanmayıb.

Başiskele Bələdiyyəsi Təmizlik İşləri Müdirliyinin işçiləri Türkan Baylan və Faiq Çalık həyatlarını birləşdirib. Türkan Baylan gəlinlik paltarında sürücüsü olduğu zibil maşınının sükanı arxasına keçib.

Bələdiyyə binasının qarşısından başlayan karvan rəngli görüntülər yaradıb. Cütlüyü ən xoşbəxt günündə tək qoymayan həmkarları zibil maşınları ilə konvoya qoşulub. Mini tozsoran maşında bəylə gəlini görən vətəndaşlar gözlərinə inanmayıblar. Cütlük toyları ilə xoşbəxtliyə “hə” deyib.

Cütlüyün nigahını bağlayan Başiskele bələdiyyə başqanı Yasin Özlü, "Yaxşı işlərə vəsilə olmaq bizə hər zaman xoşbəxtlik bəxş edib. Bir çox xeyirli işlər həyata keçirərkən insanların həyatına belə gözəlliklər gətirə bilmək bizim ən böyük xoşbəxtliyimizdir. Hər iki həmkarıma həyatlarında xoşbəxtlik arzulayıram, Allah xoşbəxt eləsin” deyə bildirib.//Sherg.az

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR