İnsanlara hürriyət, millətlərə istiqlal!

Goranboyda vəhşilik: Qisas üçün fermanı yandırıblar, 230 heyvan ölüb

Goranboy rayonu, Nadirkənd kəndində qisas məqsədi ilə yandırılan tövlədə 230 baş xırdabuynuzlu heyvan tələf olub.

Musavat.com xəbər verir ki, bu qəddar cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər həbs edilib.

Hadisənin baş verməsinə səbəb Bəhruz və Mahir adlı tanışlar arasındakı münaibətlərin pozulması olub. Belə ki, onlar birlikdə metal yığımı ilə məşğul olublar. Sonra hər ikisi bir-birindən şübhələnməyə başlayıblar. Bəhruz Mahirin onu aldatdığını düşünürərək ondan qisas almağı qərarlaşdırıb.

Bəhruz tanışı Cavid Allahverdiyevlə danışan zaman Mahirdən qisas almaq istədiyini deyib. Cavid təklif edib ki, Mahirin fermasını yandırsınlar. Bəhruz da bu təkliflə razılaşıb.

Cavid bir gün sonra tanışı Erik Vəliyevlə birlikdə fermanı benzinlə yanıdırblar. Bəhruz buna görə Cavidə 200 manat da pul verib.

İstintaqla müəyyən edilib ki, tövlənin yandırılması ilə 230 baş xırdabuynuzlu heyvan məhv olub. Tövlənin dəyəri 5000 manat olub. Ümumi dəymiş ziyan 67100 manat olaraq müəyyən edilib.

Zərərməkmiş Mahir isə zərərin 70 min manat olduğunu bildirib. Əlavə olaraq isə 40 min manat itirilmiş zərər kimi qiymətləndirilməsini istəyib.

Bəhruz ifadəsində əməlini etiraf edib. Digər təqsirləndirilən şəxslər də özlərini təqsirli biliblər. Barələrində yüngül cəza təyin edilməsini istəyiblər.

Hökmə əsasən Cavid Allahverdiyev 5 il, Bəhruz 4 il 6 ay, Erik Vəliyev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR