İnsanlara hürriyət, millətlərə istiqlal!

Goranboyda kişi arvadı, gəlini və nəvələrinin olduğu həyətə qumbara atdı - TƏFƏRRÜAT

Gəlinin üzərinə partlayıcı maddə atmaqla ona xəsarət yetirən şəxs Goranboy rayonu Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edib.

Ehtimal olunur ki, həmin partlayıcı maddə müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapılıb.

Hazırda hüquq-mühafizə orqanları cinayət əməlində şübhəli bilinən şəxsin dindirilməsini həyata keçirir.\\apa


****

Goranboyda kişi arvadı, gəlini və nəvələrinin olduğu həyətə qumbara atdı - TƏFƏRRÜAT

Məlumata görə, gəlininin həyətinə qumbara atan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlunun psixoloji problemləri olub. Belə ki, o partlayıcını səbəbsiz yerə həyətə atıb.

Qeyd edək ki, hadisə zamanı qadınla yanaşı onun qayınanası və uşaqları da həyətdə olublar.

Hadisə nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı Goranboy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

19 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR