Onlayn ictimai-siyasi qəzet
Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlə bağlı bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edərək sonrakı dərslərdə iştirak etməyib.
Musavat.com xəbər verir ki, bu barədə APA-ya Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.
Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları araşdırma aparır.
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ