Onlayn ictimai-siyasi qəzet
“Komitə tərəfindən qəbul edilən Gömrük İnkişaf Modelində gömrük orqanlarının fəaliyyətində şəffaflığın yüksəldilməsi, sahibkarlığın və vətəndaşların məmnuniyyətinin artırılması, rəqəmsal gömrük sisteminin yaradılması, büdcə ödənişlərində gömrük daxilolmalarının dayanıqlılığının təmin edilməsi və daha güclü, güvənli hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsi strateji hədəflər kimi müəyyən edilib”.
Musavat.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2023”də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin əsas vəzifələrindən biri ölkənin tranzit potensialının gücləndirilməsinə töhfə verməkdir və bu istiqamətdə mühüm addımlar atılır.
“Sağlam iş mühitinin yaradılması, xarici qurumlarla əlaqə qarşımıza qoyduğumuz hədəflərə daxildir. Ticarətin asanlaşdırılması məqsədilə gömrük xidməti risklərinin idarəolunmasında ən müasir riyazi alqoritmlərə əsaslanan, maşın öyrənməsi və süni intellekt əsaslı risk modellərinin qurulması istiqamətində işlər görülüb. Görülən işlərdə də mühüm uğurlar əldə edilib”, - deyə Komitə sədri vurğulayıb.
Xalidə Gəray
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ