İnsanlara hürriyət, millətlərə istiqlal!

“Global Media Group”a qarşı kiberhücumlar sistemli və məqsədyönlü xarakter daşıyıb - RƏY

“Global Media Group”a qarşı həyata keçirilən kiberhücumlar sistemli və məqsədyönlü xarakter daşıyıb. Bu hücumların əsas hədəfi Azərbaycanın informasiya məkanına təsir göstərmək, ictimai rəylə manipulyasiya etmək və milli informasiya suverenliyinə zərbə vurmaq olub.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O qeyd edib ki, hücumların təsiri yalnız texniki səviyyədə deyil, həm də informasiya məkanının bütövlüyünə və etibarlılığına olan ictimai inamın sarsıdılmasına yönəlib:

"Kiberhücumların davamlılığı və intensivliyi onların təsadüfi deyil, strateji planlaşdırılmış əməliyyatlar olduğunu göstərir. Rusiya ərazisindən həyata keçirilən kiberhücumlar məsələsi ikitərəfli münasibətlər kontekstində həssas bir mövzudur. Məsələnin həlli üçün balanslaşdırılmış yanaşma tələb olunur. Belə ki, Rusiya ilə diplomatik əlaqələrdən istifadə edərək problemi rəsmi səviyyədə qaldırmaq mümkündür. Həmçinin, kibertəhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq mexanizmlərinin təklif edilməsi və kiberhücumların mənbəyinin aydınlaşdırılması üçün birgə araşdırma qruplarının yaradılmasını təklif edərdim".

Naqif Həmzəyev

Naqif Həmzəyev ümumilikdə qeyd edib ki, Azərbaycanın media resurslarına qarşı həyata keçirilən kiberhücumlar ölkənin informasiya təhlükəsizliyi sisteminə ciddi çağırış olmaqla yanaşı, bu sahədə mövcud boşluqları aşkarlamaq və həll yolları tapmaq üçün bir katalizator rolunu oynaya bilər:

"İnformasiya müharibəsində qalib gəlmək üçün texniki, hüquqi, təşkilati və siyasi səviyyədə kompleks tədbirlər görülməlidir.

Milli media resurslarının kiberdayanıqlığının artırılması, dezinformasiyaya qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi Azərbaycanın informasiya məkanının təhlükəsizliyini təmin etmək üçün zəruri şərtlərdir. Bu istiqamətdə atılacaq addımlar yalnız müəyyən media qurumlarının təhlükəsizliyini deyil, bütövlükdə milli informasiya suverenliyinin qorunmasını təmin edəcəkdir.

Azərbaycan öz informasiya məkanını qorumaq üçün innovativ həllər tətbiq etməklə, milli kibertəhlükəsizlik potensialını gücləndirməklə və beynəlxalq əməkdaşlığı dərinləşdirməklə bu çağırışın öhdəsindən uğurla gələ bilər".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

07 May 2025

BÜTÜN XƏBƏRLƏR