Onlayn ictimai-siyasi qəzet
Özbəkistanın Xarəzm vilayətində bloqer yolda guya dostları ilə mübahisə edib və nəticədə avtomobilin ön şüşəsinin təpik zərbələriylə sındırıb.
Musavat.com Podrobno.uz portalına istinadla xəbər verir ki, gənclər bütün bu “insidenti” kontent xatirinə və sosial şəbəkələrdə izləyicilərinin sayını artırmaq üçün quraşdırıblar.
Sosial şəbəkələrdə yayılan canlı videonu görən izləyicilər sürücünün hərəkətini qınayıblar. Ancaq “davakar” bloqer öncədən planlaşdırdığı kimi şöhrət cə pul qazanıb.
Xarəzm vilayətinin hüquq-mühafizə orqanları vəziyyəti nəzarətə götürüb, video paylaşanların hərəkətlərndə qanun pozuntuları müəyyən edib. Faktla bağlı İnzibati Məcəllənin 183-cü (xırda xuliqanlıq) maddəsi ilə iş başlanıb.
Videonun baş qəhrəmanına 15 sutka inzibati həbs, baş verən hər şeyi videoya çəkən dostuna isə 10 sutka cəza verilib.
Xuliqanların avtomobili cərimə meydançasına yerləşdirilib.
Musavat.com
08 Yanvar 2025
19:29 SON DƏQİQƏ! Zelenski ikinci müddətə prezidentliyə namizədliyini irəli sürür - "Teleqraf" nəşri
18:35 Ağadadaş Ağayev baltalı hücum etdiyi mühafizəçi ilə barışdı – MƏHKƏMƏ BARIŞIĞI QƏBUL EDƏCƏKMİ?
ŞƏRHLƏRŞƏRH YAZ