İnsanlara hürriyət, millətlərə istiqlal!

General Zalujnı danışdı: “Qırmızı şalvarda gələn kontingent…” – Müharibə 2034-ə qədər davam edə bilər

Ukraynanın sabiq Silahlı Qüvvələr Baş Komandanı və hazırda Böyük Britaniyadakı səfiri olan general Valeri Zalujnı Qərb qoşunlarının Ukraynada yerləşdirilməsi ideyasına skeptik yanaşıb.

Musavat.com xəbər verir ki, onun fikirləri Fransanı və ümumən Qərb dünyasını ciddi tənqid altında qoyub.

“Biz hansı kontingentdən danışırıq? 500 dronu Kiyev səmasında vura biləcək kontingentdən, yoxsa bura qırmızı, gözəl şalvarda gələcək kontingentdən?” – deyə general istehzalı şəkildə bildirib.

Zalujnının bu fikri açıq şəkildə Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya Qərb qoşunları göndərilməsi təklifinə eyhamdır.

Generalın sözlərinə görə, belə bir missiyanın real döyüş şəraitində effektiv fəaliyyət göstərə bilməsi böyük sual altındadır.

“Bunun praktik mənası yoxdur. Yəqin ki, sadəcə siyasi jestdir”, – deyə o əlavə edib.

Bununla belə, Zalujnı Qərb ölkələrinin belə bir niyyəti dilə gətirməsini siyasi baxımdan pozitiv addım hesab edir.

Sabiq baş komandan daha sonra müharibənin mümkün gedişatı ilə bağlı da nikbin olmayan proqnoz səsləndirib.

Onun fikrincə, Rusiya-Ukrayna müharibəsi hələ uzun müddət davam edə bilər:

“Müharibə 2034-cü ilə qədər uzana bilər”, – deyə Zalujnı vurğulayıb.

Bu bəyanat Ukrayna cəmiyyətində və beynəlxalq ekspert dairələrində ciddi rezonans doğurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR