İnsanlara hürriyət, millətlərə istiqlal!

General Heydər Piriyevin Milli Müdafiə Universitetinə rəhbər təyin edilməsi Ordumuza nə verəcək? XÜSUSİ TƏYİNATLI AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər.

"Aparılan struktur islahatları çərçivəsində ordumuzda elm və hərbi təhsil sahəsi daha da uğurlu inkişaf edir", - məlumatda deyilir.

Bu məsələ ilə bağlı hərbi ekspert Alp Arslan İmamqulu Musavat.com-a açıqlama verib.

O, deyib ki, Türkiyə Silahlı Qüvvələrinin təhsil sisteminin bənzəri olaraq Azərbaycan Ordusunda da Milli Müdafiə Universitetinin yaradılması mövcud olan bütün xüsusi təyinatlı ali təhsil müəssisələrinin müasir standartlara gətirilməsini təmin edəcək.

f5ee6f9efef880cd8c8bbab1c1580202 (1).png (258 KB)

Alp Arslan İmamqulu

Sitat: "Bu istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində xüsusi təyinatlı ali təhsil sahəsində yeniliklərin tətbiq olunması Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların müvafiq elmi dərəcələr əldə etməsini və eyni şəkildə hərbi qulluqçu olmaq istəyən müdavim namizədlərinin ordu sıralarında xidmət etməyə maraqlarını daha da stimullaşdıracaqdır. Bu mənada uzun illər hərbi təhsil sahəsində əhəmiyyətli təcrübəsi olan general-leytenant Heydər Piriyev cənablarının Milli Müdafiə Universitetinin rəhbəri təyin olunması isə təqdirə layiqdir. Uzun illər Heydər Əliyev Adına Ali Hərbi Məktəbə və daha sonralar Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına rəhbərlik etmiş general-leytenant Heydər Piriyev müxtəlif dövrlərdə ordunun bünövrəsi sayılan təhsil ocaqlarının orduya rəhbərlik etmiş Rusiya meylli cinayətkar dar təfəkkürlü şəxslərdən qorunmasında ciddi fədakarlıqlar etmiş biridir. Ən çətin dövrlərdə belə milli təfəkkürlü gənc kadrların yetişməsində müstəsna rolu olan generalımızın xüsusi təyinatlı ali təhsil müəssisələrinə rəhbər olaraq təyin olunması yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Silahlı Qüvvələrin Hərbi Akademiyası, Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitutu, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi liseyi, Cəmşid Naxçıvanski adına hərbi liseyibvə Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərən müəssisələrin mərkəzləşdirilmiş olaraq sürətlə inkişaf etməsinə əsaslı töhfə verəcəkdir’’.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR