İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclər siqaretə nemət kimi sitayiş edir - səbəblər və rəqəmlər

Statistika gündən-günə artır, səbəblər aradan qalxmır...

Con Hopkins Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, siqaret çəkməyən, lakin siqaret çəkən insanlarla birlikdə yaşayan və ya işləyən insanda insult riski artmış olur. Belə passiv şəkildə siqaret çəkən insanlarda insultun riski 50% artır. Bundan əlavə, bu insanlarda ürək-damar sistemi xəstəliklərinin, astmanın, infeksiyaların, ağciyər xərçənginin riski də artmış olur.

Alimlər siqaret çəkən insanlardan uzaq durmağı, siqaret tüstüsünə məruz qalmamağı tövsiyə edirlər. Siqaret tüstüsü uşaqlar və hamilə qadınlar üçün xüsusilə təhlükəlidir. Beləliklə, siqaret çəkən insan tək öz sağlamlığına deyil, ətrafda olan insanların, ailə üzvlərinin, uşaqların sağlamlığına da ciddi ziyan vurur.

Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan ölür. Onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv tütün çəkənlərdir.

XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyduğu halda, XXI əsrdə tütündən 1 milyard insanın ölümü gözlənilir.

Azərbaycanda aparılan tədqiqatların nəticəsinə əsasən, qadınlar arasında tütünçəkmə 1,5% təşkil edir. Amma nəzərə almalıyıq ki, qadınlar məlumatın gizlədilməsinə meyillidirlər, ona görə həmin statistikanı etibarlı hesab etmək olmaz. Yəni qadınlar siqaret çəkdiklərini daha çox gizlədirlər.

Siqaret çəkən qadınlar da artır, xərçəngdən əziyyət çəkənlər də

Ekspertlərin qənaətinə görə, siqaret çəkən qadınların sayının artması süd vəzi xərçəngindən əziyyət çəkən qadınların sayının artmasına da səbəb olub. Çünki siqaretin tərkibində olan kanserogen törəmələr birmənalı olaraq xərçəng yaradır.

Araşdırmalara görə, 10 il ərzində siqaret çəkən qadınların tibbi müayinələrinin nəticələrinə əsasən, onların siqaret çəkməyən qadınlara nisbətən 25 dəfə artıq ağciyər xərçəngi xəstəliyinə tutulması aşkarlanıb. ABŞ-da 30-55 yaş arası 100 000 qadının iştirak etdiyi böyük tədqiqatın nəticələrinə əsasən, gün ərzində 1-14 arası nadirən siqaret çəkən qadınlarda ani ürək dayanması ilə əlaqədar erkən ölüm riski kifayət qədər yüksəkdir. Qadınlar kişilərlə müqayisədə siqareti atmaq üçün daha çox çətinlik çəkirlər. Harvardda aparılan tədqiqat nəticəsində bəlli olub ki, hamiləlik dövründə siqaret çəkən qadınların dünyaya gətirdikləri övladları cinayətə daha çox meyilli olurlar.

Ölkəmizdə tütün çəkən kişilərin sayının hələ də yüksək olmasına baxmayaraq, ÜST-nin hesablamalarına görə, Azərbaycanda siqaret çəkən böyüklər arasında azalma tendensiyaları mövcuddur. Son məlumatlara əsasən, ölkədə kişilərin 32%-i siqaret çəkir. Böyüklər arasında passiv tütünçəkmə göstəriciləri son illər azaldığına baxmayaraq, hələ də yüksək olaraq qalır. Araşdırmalara görə kişilərin 28% iş yerlərində, qadınların 23% evdə tütün tüstüsünün təsirinə məruz qalır.

Tütündən imtina etmək istəyənlərə dəstək olmaq və onlara yardım etmək məqsədilə 01 fevral 2021-ci il tarixdən etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali üçün tütündən imtina üzrə “Qaynar xətt” (050 800 70 45) təşkil edilib.

Tütündən imtina üzrə “Qaynar xətt”ə 2021-ci ilin sonunadək 800-dən çox zənglə müraciət olunub. Müraciət edənlərin təxminən yarısı Bakı şəhərindən, digərləri ölkənin müxtəlif regionlarından olub.

Müraciət edən kişilər qadınlardan 2 dəfə çox olub. Yaxınlarının tütündən imtina etməsini arzulayaraq zəng edən şəxslər 5% təşkil edib. Tütündən tam imtina edən və ya gün ərzində çəkilən siqaretlərin sayını xeyli azaldan şəxslər 5%-dən çox olub.

Ölkəmizin adı “qara siyahıda”- əhali siqaret çəkməyə görə liderdir

Zəng edənlərin 15%-i özləri tütün istifadəçisi olmasa da, yaxınları üçün məlumatlandırıcı informasiya almaq istədiklərini bildirib. Onlara müvafiq məlumat və maarifləndirici informasiya verilib.

Siqaret çəkilən evdə nə baş verir

Evdə tütün çəkmə uşaqların tənəffüs yolları xəstəliyi ilə bağlı xəstəxanaya müraciətlərini 5% artırır. İkincili tütün tüstüsünün hətta cüzi miqdarı belə, orqanizm üçün zərərlidir. Tütün tüstüsü təkcə ondan istifadə edənlər üçün deyil, ətrafdakılar üçün də təhlükə mənbəyidir. Ona görə də ailə üzvlərinizi siqaret tüstüsündən qoruyun. Siqaret çəkirsinizsə, onu tamamilə tərgidin. Evdə siqaret çəkilməsinə yol verməyin. Qapı və pəncərələr açıq halda olsa belə, bu, ətrafdakıları ikincili tütün tüstüsündən qorumur.

Siqaret tüstüsündən ayrılan toksiki maddələr divan, pərdə, xalçaların səthinə, paltar və saçlara hopur. Azyaşlı uşaqlar oynadıqları, iməklədikləri zaman və ya siqaret çəkən insan tərəfindən qucağa alındıqda bu toksiki zərrəciklər onların orqanizminə daxil olur.

1ce 10un 3un cox darixiram...!"": Posts | VK

Evdə və ya dostlarınızın evində olduğunuz zaman sağlamlıq problemlərinizi səbəb gətirməklə yaxınlarınızdan bu vərdişdən çəkinməyi, qapalı mühitdə siqaret çəkməməyi mədəni şəklidə tələb və ya xahiş edin. Bu zaman sizdən incimə ehtimalı daha az olar.

Evinizdə külqabı və siqaret saxlamayın. Tütün tüstüsünün 25 faizi siqaret çəkənin ağciyərlərinə daxil olur, 75 faizi isə atmosferi zəhərləyir. Bu zəhərli hava ilə nəfəsə alan insan passiv və ya ikincili tütün çəkən hesab olunur. İkincili tütünçəkmə hər kəsə, xüsusilə uşaqlara mənfi təsir edir.

Məlumatlara görə, passiv siqaret istifadəsi, yəni siqaret tüstüsünə məruz qalma dünyada ildə 1, 2 milyon nəfərin ölüm səbəbidir. Hər il 8 milyon insan isə siqaret istifadəsinə bağlı səbəblərdən vəfart edir. Uşaq ölümlərinin 28 faizinin də siqaret tüstüsünə məruz qalmaqla bağlı olduğu bildirilir.

Gənclər elektron siqaretə meyl edir, amma elektron siqaret də...

Kopenhagen Universitetinin alimləri elektron siqaretlərin 90% orqanizmə zərərli təsirini sübut ediblər. Son elmi araşdırmalar göstərib ki, bu siqaretlər 50% ağciyər xəstəliklərini artırır. Eləcə də damarlarda tromb yaradaraq, ürək-damar, cinsi problemlərə səbəb olur.

Elektron siqaretlərin 71% halda ürək tutması, insult, 59% halda stenokardiyaya səbəb olduğu sübut olunub. Əgər insan müəyyən müddət elektron siqaret çəkibsə və ya hazırda da çəkirsə, onun ciddi müayinəyə və müalicəyə ehtiyacı var.

Azərbaycanda itə işgəncə verənlər cəzalandırıldılar - VİDEO »  Gundelik-Baku.Com

Məlumat üçün qeyd edək ki, hər il dünyada təxminən 5 trilyon ədəd siqaret çəkilir, başqa sözlə, dünyada 1,3 milyard siqaret çəkən var. Tütünün törətdiyi xəstəliklər nəticəsində dünyada hər il 8 milyondan artıq insan ölür. Onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv siqaret çəkənlərdir. Dünyada siqaret çəkən insanların 69 faizi siqaretdən canını qurtarmaq istəyir. Hər gün 85 min gənc siqaretə başlayır və bunların da 22 mini siqaretdən canını qurtara bilmir. XXI əsrdə tütündən 1 milyard insanın öləcəyi ehtimal olunur.

Ötən il ərzində Azərbaycandan müxtəlif ölkələrə 16 097.16 min ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac olunub. Qeyd olunan dövrdə 90 909.21 min ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edilib.

Azərbaycanda 2019-cu ildə aparılmış tədqiqatın nəticələrinə əsasən, 15-19 yaşlı əhalinin 0,2 faizi, 20-44 yaşlı əhalinin 13,6 faizi, 45-64 yaşlı əhalinin 21,5 faizi siqaret çəkir. Siqaret çəkənlərin 13,2 faizinin yaşı 65-dən çoxdur. 2020-ci ilin məlumatlarına əsasən, 15-19 yaşlı əhalinin 0,3 faizi, 20-44 yaşlı əhalinin 26,7 faizi, 45-64 yaşlı əhalinin 47,6 faizi siqaret çəkir. Siqaret çəkənlərin 32,5 faizinin yaşı 65-dən çoxdur. Göründüyü kimi, artım var.

Sevinc TELMANQIZI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR