Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Dənizli vilayətinin Merkezəfəndi rayonunda silahlı hücum nəticəsində bir qadın yaralanıb.
Musavat.com xəbər verir ki, yaralının həyati təhlükəsinin olmadığı bildirilib.
İl Təhlükəsizlik Müdirliyi qrupları şübhəlinin tutulması üçün şəhər daxilində axtarışlara başlayıb.
Evindən çıxarkən motosikletçi tərəfindən avtomobilinin qarşısı kəsilən Buse B. adlı gənc qız məruz qaldığı silahlı hücum nəticəsində ayağından tapança ilə vurulub. Yaralı Buse B.-yə atəş açan şəxsin təxminən 2 saat evin qarşısında gözlədiyi müəyyən edilib.
Polis hücumçunu tutmaq üçün işlərini davam etdirir.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ