İnsanlara hürriyət, millətlərə istiqlal!

Gədəbəydə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov özünüməşğulluq proqramı çərçivəsində Gədəbəy rayon sakinləri Süleymanov Mobil Rövşən oğlu və əlilliyi olan Nəcəfov Ramin Səyyaf oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Musavat.com xəbər verir ki, proqramın iştirakçıları olan M.Süleymanov avtoçilingər xidmətlərinin göstərilməsi, R.Nəcəfov isə qapı və pəncərə istehsalı üzrə aktivlərlə təmin olunaraq kiçik bizneslərini qurublar. 

Onlar işsiz və işaxtaran şəxslərin məşğulluq iimkanlarının artırılması, habelə kiçik bizneslərini qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər. Qurduqları təsərrüfatlarını genişləndirmək üçün səy göstərdiklərini bildiriblər.

Qeyd edək ki, ötən dövrdə Gədəbəy rayonunda 1100-ə yaxın şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR