Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda boşanmaq istəyən qadın öldürülüb.
Musavat.com Xəzər TV-yə istinadən məlumat verir ki, 41 yaşlı Cəmalə Quliyevanın həyat yoldaşı Qorxmaz Quliyev tərəfindən boğularaq öldürüldüyü bildirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qətlə yetirilən Cəmalə Quliyeva Sumqayıtda xəstəxanaların birində tibb bacısı işləyirmiş. İş yoldaşlarının sözlərinə görə, mərhumun universitetə qəbul olan iki əkiz oğlu var imiş.
Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
14 Fevral 2025
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ