Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kocaeli vilayətinin Kandıra rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Musavat.com xəbər verir ki, qəza yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 23:00) D-605 magistral yolunda qeydə alınıb. Kefken istiqamətində hərəkət edən kiçik ticari avtomobil qarşıdan gələn digər minik maşını ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki nəqliyyat vasitəsi aşıb.
Hadisə zamanı avtomobillərdə olan 7 nəfər yaralanıb. Yaralılar arasında 15 yaşlı bir yeniyetmə də olub. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Digər zərərçəkmişlər xəstəxanalarda müalicə altındadır.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ