İnsanlara hürriyət, millətlərə istiqlal!

G20: maliyyə nazirlərinin Bali görüşü birgə bəyanat qəbul olunmadan başa çatıb

G20 ölkələrinin maliyyə nazirlərinin və Mərkəzi banklarının rəhbərlərinin Balidə keçirilən ikigünlük görüşü birgə bəyanat qəbul olunmadan başa çatıb.

AZƏRTAC İndoneziya KİV-ə istinadla xəbər verir ki, buna səbəb kimi qrupun üzvlərindən biri olan Rusiyanın Ukraynaya hücumu və bununla beynəlxalq qaydaları pozması göstərilir.

Məsələni şərh edən Yaponiyanın maliyyə naziri Suzuki Şuniçi bildirib ki, məhz bu səbəbdən bütün iştirakçıları qane edən birgə bəyanatın mətnini hazırlamaq mümkün olmayıb.

Yaponiya, Avropa ölkələri və ABŞ Rusiyanın Ukraynaya hücum etməklə dünya iqtisadiyyatı üçün problemlər yaratdığını, Moskva isə bu ölkələrin Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməklə hazırkı inflyasiyaya səbəb olduğunu bildirir.

Qeyd edək ki, bu, maliyyə nazirlərinin aprel görüşü də daxil olmaqla birgə bəyanat qəbul edə bilmədikləri ikinci görüşdür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR