İnsanlara hürriyət, millətlərə istiqlal!

Füzulidə avtomobil traktorla toqquşub, 2 yaşlı uşaq ölüb

Füzulidə traktor minik avtomobili ilə toqquşub.

"Report" xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Məmmədov Xəyyam İlham oğlu idarə etdiyi “Mercedes Benz” markalı avtomobili ilə 1997-ci il təvəllüdlü Məhərrəmov Əmrah İbrahim oğlunun “Belarus 892” markalı traktorla toqquşub.

Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli rayon mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR