Onlayn ictimai-siyasi qəzet
Düz, 4 il əvvəl Füzuli şəhəri və bir çox ətraf kəndlər şanlı ordumuz tərəfindən işğaldan azad edilmişdir. Füzulinin azad olunması Azərbaycana strateji üstünlüklər qazandırmış, düşməni tamamilə sarsıtmış və demoralizə etmiş, Vətən müharibəsində tarixi qələbəmizin tam təmin ediləcəyinə xalqımızın inamını daha da gücləndirmişdir.
Prezident İlham Əliyevin diplomatik məharəti, siyasi zəkası və qətiyyəti hesabına Fransanın təhriki ilə həmin gün BMT TŞ-da ölkəmizə qarşı hazırlanan qətnamənin qarşısı alınmış və bununla, ölkəmiz həm də diplomatiya cəbhəsində çox böyük qələbə əldə etmişdir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Füzulinin azadlığı uğrunda döyüşmüş bütün qəhrəmanalrımızın şücaətini yüksək qiymətləndirərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusunu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif etmişdir.
Bu gün Fuzülinin rayon mərkəzi və kəndləri cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə yendiən qurulur, orada həyat canlanır və keçmiş məcburi köçkünlər oz torpaqlarına qayıdırlar. Sevindirici haldır ki, yaxın iki ildə bu gözəl diyara qayıdanların sayı 20 mindən çox olacaq və insanlar yüksək standartlara uyğun tikilmiş yeni evlərində rahat şəkildə yaşaya biləcəklər.
“Füzuli Şəhər Günü” münasibətilə başda füzulilər olmaqla xalqımızı təbrik ediəm!
Azay Quliyev, millət vəkili
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ