Onlayn ictimai-siyasi qəzet
Qərb Ukraynaya 50 min nəfərə qədər kontingent göndərə bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Financial Times qəzeti məlumat yayıb. Qəzet bu informasiyanı ukraynalı rəsmilərdən aldığını bildirir.
Onlaırn sözlərinə görə, 40-50 min xarici əsgər 1000 kilometrlik cəbhə xəttində təhlükəsizlik qüvvələri kimi fəaliyyət göstərə bilər. Prezident Vladimir Zelenski isə Davos forumunda ən azı 200 min əsgər tələb edib.
Atəşkəsdən sonra Ukrayna ilə Rusiya arasında demarkasiya xəttinə sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı artıq təkliflər səslənib. Bir sıra siyasətçilərin, o cümlədən Fransa prezidenti Emmanuel Makronun Avropa qoşunlarının sayının 40 min nəfərə çata biləcəyini düşünür. ABŞ prezidenti Donald TRamp isə Avropa kontingentinin hesabında bu rəqəmi 200 minə çatdırmaq niyyətindədir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə xarici hərbi kontingentlərin Ukraynada olması son dərəcə ağır nəticələrə gətirib çmılxaracağı barədə xəbərdarlıq edib.
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ